Bakıda "su yığmağa" gərək var?  - Sakinlərin narahatlıqlarına qurumdan CAVAB verildi
17 iyun 2025 13:55 (UTC +04:00)

Bakıda "su yığmağa" gərək var? - Sakinlərin narahatlıqlarına qurumdan CAVAB verildi

Dünəndən Bakıda və Abşeron yarımadasında suyun kəsiləcəyi, ayın 20-nə qədər bərpa olunmayacağı xəbərləri sakinlərdə təşviş yaradıb.

Kimisi evdəki bütün qabları, qazanları suyla doldurub, tədürük görür, kimisi isə nə edəcəyi barədə düşünür.

Lent.az-a ünvanlanan müraciətlərdə sakinlər nə edəcəklərini, suyun neçə müddət, hansı ərazilərdə olmayacağını və tədarük görməyə ehtiyacın olub-olmadığını soruşurlar.

Vətəndaşların narahatlıqlarından yola çıxaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, əhalidə çaşqınlıq yaratmamaq üçün suyun verilişində fasilə yaranan əraziləri küçə adları ilə deyil, ümumi olaraq qeyd edirik:

“Hazırda bəzi saytlarda bu ərazilər qeyd olunsa da, fasilənin mövcud olduğu ərazilər qeyd olunanlarla məhdudlaşmır, bu səbəblə o şəkildə verilməyi düzgün deyil.

Bir daha xatırlatmaq istəyirik ki, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinin su təchizatında müvəqqəti fasilə yaranacaq. 

İşlər yekunlaşdıqdan sonra suyun 20 iyun tarixindən əvvəlki rejimlə verilməsi bərpa olunacaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar