Bred Pitt ilk dəfə  sevgilisi ilə FOTOsunu  paylaşdı
17 iyun 2025 17:32 (UTC +04:00)

Bred Pitt ilk dəfə sevgilisi ilə FOTOsunu paylaşdı

Aktyor Bred Pitt baş rol aldığı "Formula-1" filminin dünya premyerasında sevgilisi İnes de Ramon ilə birlikdə iştirak edib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu, cütlüyün fotokollda ilk birgə çıxışı olub, baxmayaraq ki, onlar artıq 2022-ci ildən bəri birlikdədirlər.

Tədbir Nyu-Yorkun Tayms Skver meydanında keçirilib. Bred fotoqrafların qarşısına tünd göy rəngli, iki cərgəli düymələri olan şıq kostyumda çıxıb, onu açıq rəngli köynək və tünd rəngli ayaqqabılarla tamamlayıb.

Brad Pitt ve Ines de Ramon / © Associated Press

İnes isə ağ rəngdə bir dəst geyinib — dekolteli və halterli tünik, onu uzun, tük və daş-qaşla bəzədilmiş ətəklə uyğunlaşdırıb. Əlində qızılı saplı Chanel markalı kiçik çanta tutub.

Gözəlin görünüşünü makiyaj, yığılmış saç düzümü, bir neçə zinət əşyası və ətəyindəki kontrast qara kəmər tamamlayıb.

Brad Pitt ve Ines de Ramon / © Associated Press

Cütlük artıq bir müddətdir ki, Nyu-Yorkda vaxt keçirir və bir neçə dəfə paparassilərin hədəfinə düşüb. Pitt və sevgilisi İnes dəfələrlə restorana gedərkən və ya görüşə çıxarkən görüntüləniblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar