Ronaldo Trampa forma göndərdi:  Üstündə bir cümləlik qeyd var
17 iyun 2025 17:18 (UTC +04:00)

Ronaldo Trampa forma göndərdi: Üstündə bir cümləlik qeyd var

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo imzalı formasını ABŞ prezidenti Donald Trampa hədiyyə edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, formanın üzərinə "Prezident Donald J. Trump-a sülh üçün dua edirəm" yazan Ronaldo bu hərəkəti ilə dünyada sülhə diqqət çəkməyi hədəfləyib.


 
Tramp Ronaldonun hədiyyəsini qəbul edərkən “Bunu bəyənirəm... Biz sülh üçün oynayırıq” deyib.

“Sülh üçün dua edirəm”

Ronaldonun formasının arxasına qısa qeyd yazarkən də görüntülənib. Onun imzası altındakı qeyddə "To President Donald J Trump. Praying for peace - "Prezident Donald J Trampa. Sülh üçün dua edirik" yazılıb.

ABŞ prezidentinin xüsusi köməkçisi və kommunikasiyalar üzrə müşaviri Marqot Martin Trampın formanı qəbul etdiyi anın videosunu paylaşıb. Görüntülərdə Avropa Şurasının prezidenti Trampa formada “xüsusi mesaj” olduğunu deyir və onu oxuyur. Tramp gülümsəyir və deyir: “Bəyəndim... Biz sülh üçün oynayırıq” və sonra formanı qaldırıb deyir: “Bu, əladır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar