Bakının bu ərazilərində qaz kəsiləcək
17 iyun 2025 16:55 (UTC +04:00)

Bakının bu ərazilərində qaz kəsiləcək

Binəqədi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Xətai rayonunda qaz xəttinin təmir olunması, Sabunçu rayonunda isə qaz kəməri üzərində siyirtmənin quraşdırılması məqsədi ilə iyunun 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Lent.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə Ə.Rəcəbli, S.S.Axundov küçələrinin, 31/26-cı məhəllənin, Xətai rayonu üzrə Gəncə prospektinin bir hissəsinin, Sabunçu rayonu üzrə isə"Maştağa-Gülçülük" yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar