Qusarda istirahət mövsümü ilə əlaqədar olaraq yol polisi tərəfindən sürücülər arasında maarifləndirmə işləri davam etdirilir.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən xəbərə görə, son bir neçə gün ərzində baş tutan tədbirlər zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən 17, dövlət qeydiyyat nişanı olmadan idarə edən 4, sürücülük hüququ olmadan idarə edən 8, kobud qayda pozuntularına yol verən 4 motosiklet sürücüsü saxlanılıb. Həmin sürücülər barəsində inzibati protokol tərtib edilib.
Qeyd edilən istiqamətdə profilaktik tədbirlər davam etdirilir.