Lamin Yamal Neymarla görüşmək üçün  Braziliyaya getdi
17 iyun 2025 18:43 (UTC +04:00)

Lamin Yamal Neymarla görüşmək üçün Braziliyaya getdi

Kataloniya "Barselona"sının və İspaniya millisinin 17 yaşlı cinah oyunçusu Lamin Yamal tətil günlərinin bir hissəsini burada keçirmək və həmçinin Neymarla görüşmək üçün Braziliyaya uçub. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, istedadlı ispan futbolçunun iyunun 17-də səhər saatlarında San-Pauluya gələcəyi gözlənilir. Yamal istirahətlə yanaşı, uşaqlıqda əsas kumiri hesab etdiyi Braziliya millisinin ulduzu Neymarla da görüş planlaşdırıb.

"Neymarı ilk dəfə "Santos"da görəndə beş yaşım, daha sonra şəxsən onu ilk dəfə görəndə yeddi yaşım vardı. Onun "Barselona"da oynadığını görmək inanılmaz idi. Messi də inanılmaz idi, amma mənim üçün Neymar tamam başqa bir şeydi. Neymar həmişə mənim kumirim olub. O, futbolun ulduzu və əfsanəsidir", - Lamin Yamal deyib.

Lamin yoldaşları ilə birlikdə Cənubi Amerikaya uçur. Onun Neymarla görüşə bilib-bilməyəcəyi bir neçə gündən sonra bəlli olacaq.

Neymarın özü də vətəninə - "Santos" klubuna qayıtdıqdan sonra hazırda nəticələri ilə o qədər də parlaq deyil.

O, daim zədələrdən əziyyət çəkir, üstəlik, hücumçu tez-tez meydanda düzgün olmayan davranışı ilə seçilir.

İki ay əvvəl Neymar Braziliya liqasında bir oyunda rəqibin üzünə yumruq vurduğuna görə sarı vərəqə almışdı. Qısa müddət sonra o, rəsmi oyunda əllə oyuna görə qırmızı vərəqə alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar