Yaşlı insanların sinir sistemi üçün FAYDALI MƏHSUL
17 yanvar 2023 09:09 (UTC +04:00)

Yaşlı insanların sinir sistemi üçün FAYDALI MƏHSUL

Diyetoloq Yelena Solomatina yaşlı insanların sinir sistemi üçün faydalı məhsuldan danışıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkim hinduşkanı qocaların sinir sistemi üçün ən xeyirli qidalardan biri adlandırıb.

Onun sözlərinə görə, sinir sisteminin normal işləməsi üçün orqanizmdə hinduşkada olan B vitaminləri kifayət qədər olmalıdır.

Diyetoloq hinduşkanın çoxlu maqnezium ehtiva etdiyini də vurğulayıb. Onun sözlərinə görə, bu məhsuldan müntəzəm istifadə qıcıqlanmanı aradan qaldırır və sinir sistemini gücləndirir.

Bundan əlavə, hinduşkanın tərkibində beyin üçün faydalı olan fosfor da var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Sevinc Fərid

Oxşar yazılar