Xoruldamağa qarşı   dərman sınaqdan keçirildi
24 yanvar 2023 14:50 (UTC +04:00)

Xoruldamağa qarşı dərman sınaqdan keçirildi

Obstruktiv yuxu apnesi (yuxuda ani ölümlər, yüksək təzyiq, ürək xəstəlikləri, infakt və ifliclər baş verir-red.) üçün yeni dərman ilk dəfə insanlarda sınaqdan keçirilib və ümidverici nəticələr göstərib.
 
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tədqiqat. Flinders Universitetinin mütəxəssisləri aparıb.
 
Alimlər yuxarı tənəffüs yollarının səthində yerləşən reseptorlara təsir edən dərmanı sınaqdan keçiriblər. Dərman tənəffüs yollarının əzələlərini aktivləşdirir və yuxu zamanı onların daralmasının və ya yapışmasının qarşısını alır. Tədqiqatda dərmanı burun üçün sprey və ya damcı şəklində istifadə edən 12 nəfər iştirak edib, bəzi iştirakçılara isə endoskop vasitəsilə verilib.
 
Apne, nəfəs almada qısa fasilələrlə müşayiət olunan ciddi yuxu pozğunluğudur. Yuxu apnesinin ən çox rast gəlinən növü olan obstruktiv yuxu apnesi yuxarı tənəffüs yollarının yumşaq toxumaları bağlandıqda baş verir.

Dünyada təxminən bir milyard insan bu xəstəlikdən əziyyət çəkir və bu gün onu müalicə etmək üçün təsdiqlənmiş bir dərman yoxdur.

Dərman CPAP aparatı ilə yata bilməyən yuxu apnesi olan insanlar üçün alternativ ola bilər. Bu cihazlar təsirli olsa da, xəstələrin təxminən yarısı tərəfindən tolere edilir. Diş düzəldiciləri və yuxarı tənəffüs yolları cərrahiyyəsi həmişə təsirli olmur, ona görə də yeni müalicələrə ehtiyac var.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3567
avatar

Oxşar yazılar