Xərçəng peyvəndi nə vaxt hazır olacaq? -  PROQNOZ
01 iyun 2021 03:13 (UTC +04:00)

Xərçəng peyvəndi nə vaxt hazır olacaq? - PROQNOZ

Bəşəriyyət onkoloji xəstəliklərə qarşı dərman preparatlarının peyda olmasını çoxdan arzu edir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bir çoxları bu arzunu mümkünsüz adlandırırlar, lakin Fransadan olan mütəxəssislər əmindirlər: xərçəng peyvəndi yaratmaq tamamilə realdır.

Milyonlarla insanı xilas edəcək bir dərman 2026-cı ildə ortaya çıxa bilər.

Müvafiq proqnozu Transgene əczaçılıq şirkətinin əməkdaşları bölüşüblər.

Mütəxəssislər qeyd ediblər ki, artıq onkoloji xəstəliklərə qarşı peyvənd hazırlanması ilə məşğuldurlar.

Bununla yanaşı, hazırlıq işləri artıq keçən onilliyin ortalarından aparılır.

Fransız əczacılar qeyd edirlər ki, preparatın geniş tətbiqi beş ildən sonra başlaya bilər.
 
Alimlər qeyd ediblər ki, onların hazırladıqları preparat təhlükəli olmayan patogenlərin orqanizmə tətbiqinə əsaslanır.

Sonuncu leykositlərin inkişafına və immunitetin möhkəmlənməsinə kömək edəcəkdir.

Nəticədə neoplazmalar və bədxassəli hüceyrələr məhv olacaq.

Mütəxəssislərin fikrincə, hər bir xəstə üçün ayrıca bir peyvənd yaradılacaq.

Onun hazırlanmasından əvvəl həkimlər xəstənin genetik xüsusiyyətlərini öyrənəcəklər.

Bunun üçün süni intellektdən istifadə ediləcək.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3042
avatar

Oxşar yazılar