Ümumiyyətlə yay aylarında ən çox rast gəldiyimiz mənzərə evdar qadınların müxtəlif tərəvəz və meyvələrdən hazırladıqları turşulardır.
Lent.az mütəxəssislərə istinadən bildirir ki, tərəvəzlərdən hazırlanan turşuların tərkibində yağ yoxdur. Bu səbəbdən kalori miqdarı aşağı olan qidalar sırasında iştirak edirlər. Bu səbəblərə görə bu gün yay aylarında hazırlayıb qışa saxladığımız turşuların sağlamlığımıza təsirləri barədə danışmaq istəyirik:
1. Turşu bütövlükdə immunitet sistemini qoruyur və gücləndirir. Bağırsaq hərəkətlərini asanlaşdırır, bədən müqavimətini artırır. Tərkibindəki liflər və probiyotik isə dost bakteriyalar sayəsində bağırsaq sağlamlığını qoruyaraq soyuqdəymə və qrip kimi mövsümi xəstəliklərin daha yüngül keçməsinə kömək edir.
2. Vitamin və minəral qaynağıdır. Turşu və turşunun suyu maqnezium, dəmir, kalsium, sink kimi insan bədəninin ehtiyacı olan vitamin və minerallar baxımından zəngindir. Sinir sisteminin qorunmasına və yaddaşın güclənməsinə kömək edən B qrupu vitaminlərin artmasını təmin edər. Depressiyaya qarşı qoruyucu rol oynayır.
3.Sümük sağlamlığını dəstəkləyir. K2 vitamini bağırsaqdakı bakteriyalar tərəfindən sintez olunur. Turşu, tərkibindəki faydalı bakteriyaların yardımı ilə bağırsaq sisteminin sağalmasına töhfə verərək K2 vitamininin sintezini artırır. K2 vitamini isə sümüklərdə və dişlərdə kalsiumun toplanmasına kömək edərək toxumaları gücləndirir. Həmçinin kalsiumun damar divarında toplanmasının və damarların təxrib olmalarının qarşısını alaraq ürək-damar sağlamlığını qoruyur.
4. Turşu yüksək miqdarda lif ehtiva etdiyi üçün yeməklə birlikdə istehlak edilirsə mədənin boşalma müddəti artar və beləcə insulin ifrazı tarazlır.
5. Sümüklərin kalsiumu sormasını təmin edər.
6. Turşu ürək-damar xəstəliklərin yaranmasının qarşısını alır. Turşunun tərkibindəki faydalı baktəriyalar bağırsaq sistemini tənzimlər. Bağırsaqlarda faydalı bakteriyaların sıxlığının və müxtəlifliyinin artırılması isə ürək-damar xəstəliklərinin qarşısını alır.
7. Qəbizlik problemini aradan qaldırır. Turşuların hazırlanmasında istifadə edilən tərəvəz və meyvələrdəki lif bağırsaqda dost baktəriyaların miqdarını artırır və bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyin qarşısını alır. Salatlarınıza duz yerinə az miqdarda turşu əlavə edərək, həm yüksək lif qəbulu ilə qəbizliyin qarşısını ala, həm də az miqdarda turşu istehlak edə bilərsiniz.
8. Maddələr mübadiləsini sürətləndirici təsiri, qəbizliyə qarşı effektivliyi, kalori miqdarının az olması, lif baxımından zəngin olduğu üçün toxluq hissini artırması, arıqlamağa kömək edər.
9. Xərçəngdən qoruyur. Turşularda istifadə edilən meyvə və tərəvəzlər yüksək miqdarda vitamin, mineral və antioksidant ehtiva edirlər ki bunlar da xərçəngin qarşısını alır.
10. Turşu suyu krampları azaldır. Məşq zamanı tərlə birlikdə bir çox mineralın da itirilməsi bədəndə mayenin azalmasına səbəb olur. Turşu və turşu suyu itirilmiş mineral və maye miqdarının artmasına kömək edər.
11. Bağırsaq sisteminin pozulması pisixi və depressiya kimi əhval pozğunluqları ilə əlaqələndirilir. Probiyotiklər bağırsağın normal bakterial balansının saxlanmasına kömək edir; Bu təsirlərinə görə narahatlıq və depressiyanın qarşısının alınmasında rol oynayır.
Turşunun bir çox faydası olduğu kimi bəzi zərərləri də var:
• Turşu qan təzyiqinin yüksəlməsinə səbəb olduğu üçün şəkər və arterial təzyiq xəstəliklərindən əziyyət çəkənlər istehlak etməməlidilər.
• Turşularda natrium miqdarı yüksəkdir. Bu səbəbdən, diabet, böyrək çatışmazlığı və mədə probləmləri olanların, həkim ilə məsləhətləşərək istifadə etmələri məsləhətdir.