Havaların gah soyuq, gah isti, fəslə uyğun temperaturda keçməməsi ilə yaranan boğaz ağrısı və öskürək ən çox rast gəlinən xəstəliklər arasında olsa da bu xəstəlikdən təbii üsulla xilas olmaq da mümkündür.
Öskürəyin müalicəsində istifadə edilən təbiiüsullarvə tövsiyələr:
*Çox su içmək
Yuxarı tənəffüs yollarının infeksiyaları nəticəsində yaranan burun axıntısı boğazı qıcıqlandıra və öskürəyə səbəb ola bilər. Su bu axıntını incəldirərək boğazın qıcıqlanmasının qarşısını ala və ya aradan qaldıra bilər. Boğazın nəmli qalmasına kömək etdiyi üçün öskürəyi də kəsər. Gündə azı 2 litr su içmək məsləhətdir.
*Soğan
Kəskin öskürəkdən xilas olmaq üçün 1 ədəd soğanı 4 dilimə kəsib, 1 stəkan su əlavə edərək 5 dəqiqə qaynadın. Süzdükdən sonra bir qaşıq bal əlavə edərək için.
*Turp
Bir ədəd turpun içini oyduqdan sonra bir qaşıq bal doldurun. Bir gecə gözlədikdən sonra içindəki ballı mayəni istehlak edin.
*Sarımsaq və darçın
Sarımsaq ən güclü təbii antibiotiklər arasında ilk sırada yer tutur. İnfeksiyalarla mübarizədə ən güclü vasitədir. Təsirli bəlğəm atıcı xüsusiyyətə malik olduğu üçün boğazı və ciyərləri rahatlaşdırır. Bir stəkan qaynar suya bir diş sarımsaq və 2 darçın çubuğu əlavə edin, 5 dəqiqə dəmləndikdən sonra için.
Qripin səbəb olduğu öskürəkdən xilas olmaq üçün çiy sarımsaq yemək də məsləhətdir.
*Süd
Bir stəkan südü qaynadın. Üzərinə bir çay qaşığı qara bibər əlavə etdikdən sonra için. Şirinləşdirmək üçün bal da əlavə edə bilərsiniz.
*Zəncəfil çayı
Zəncəfil dilimlərini suya əlavə etdikdən sonra qaynadın. 10 dəqiqə daha dəmlənməsini gözləyin. Boğazınızı yumşaltmaq və öskürəyi azaltmaq üçün gündə 3-4 stəkan için.
*Limon
İltihabı azaldan və C vitamini ilə orqanizmin infeksiyalara qarşı müqavimətini artıran limonu iki cür istifadə edə bilərsiniz. 2 yemək qaşığı limonu 1 yemək qaşığı balla az vamda isidib gün ərzində hər dəfə 1 çay qaşığı olmaqla 4-5 dəfə qəbul edə bilərsiniz. İkincisi isə bir ədəd limonu kəsdikdən sonra üzərinə istiot və duz sərpərək yeyə bilərsiniz. Bu üsul yayğın istifadə edilir.
Badam və Portağal Şirəsi
Çiy badamları rondonun köməyi ilə əzin. 2-3 çay qaşığı əzilmiş badamı bir stəkan portağal suyu ilə qarışdırın. Səhər və axşam yatmazdan əvvəl istehlak edin.
*Adaçayı
Boğazı yumşaldan və boğaz ağrısını yüngülləşdirən adaçayını dəmləyib soyudaraq qarqara şəklində istifadə edə bilərsiniz.
*Nanə çayı
Öskürəyin müalicəsində tez-tez istifadə edilən nanə çayını bir dilim limon və bir çay qaşığı bal əlavə edərək içə bilərsiniz. Nanə çayı soyuqdəymə əlamətlərini əhəmiyyətli dərəcədə azaldır.
*Heyva çayı
Heyva çayı boğazı yumuşaldır və öskürəyi azaldır. Heyva toxumlarını qaynar suda 10 dəqiqə dəmlədikdən sonra soyudaraq içə bilərsiniz. Yeməkdən bir saat əvvəl və ya bir saat sonra bu çayı içməklə öskürək şikayətlərini azaltmaq mümkündür.
*Yaşıl çay
Antioksidant baxımından zəngin olan yaşıl çaya bir az hil əlavə edərək qəbul etmək öskürəyi azaldır. Boğaz infeksiyasına təsir edən bu içki iki gündə 2-3 stəkana qədər qəbul edilə bilər.
*Exinezya çayı
Exinezya çayı soyuqdəymə, infeksiyalı xəstəliklərə və öskürəyə müsbət təsir edir. Exinezya çayını dəmləyib, soyuduqdan sonra az miqdarda bal əlavə edərək istehlak edin. Bu çay həm immuniteti möhkəmləndirir, həm də boğazı yumşaldır.
*Qara Bibər və Bal
Bir çay qaşığı təzə üyüdülmüş qara bibəri 2 xörək qaşığı bal ilə qarışdırın. Üzərinə bir stəkan qaynar su əlavə edin. 15 dəqiqə dəmləndikdən sonra için.
*C vitamini ilə zəngin qidalar
Öskürək yuxarı tənəffüs yollarının infeksiyası səbəbindən inkişaf edibsə, qreypfrut, portağal və limon kimi sitrus meyvələri, həmçinin kələm, moruq, pomidor, ispanaq, yaşıl lobya, noxud və C vitamini ilə zəngin tərəvəz və meyvələrdən istifadə etmək məsləhətdir.
*Siqaret
Siqaret tüstüsü yuxarı və aşağı tənəffüs yollarını qıcıqlandıran amillərdəndir. Həm də tənəffüs yollarını qoruyan mexanizmlərin zədələnməsinə səbəb olur.
*Otağın rütubət səviyyəsi
Öskürəyin artmasına səbəb olan əsas amillərdən biri evdəki quru havadır.Bu səbəbdən evin rütubət səviyyəsini optimallaşdırmaq üçün nəmləndiricilərdən istifadə edilməli və hər gün otaq havalandırılmalıdır.
*İsti duş qəbulu
İsti duş burundakı ifrazatları aradan qaldıraraq öskürəyin azalmasına kömək edər.
*Ətir_və məişət təmizləyici vasitələr
Ətir, məişət təmizləyici vasitələr boğazı qıcıqlandıra və öskürəyə səbəb ola bilər.
*Digər tövsiyələr isə belədir:
*19:00-dan sonra yemək yeməyin
*Döşək və yorğan örtüklərinizi qaynar suda yuyun.
*Allergiyanız varsa, evinizdəki əşyaların tozlu olmamasına diqqət yetirin.