Tualetdə  bu səhvi   etməyin:  XƏBƏRDARLIQ
11 yanvar 2024 20:00 (UTC +04:00)

Tualetdə bu səhvi etməyin: XƏBƏRDARLIQ

Tualetdə uzun müddət oturmaq bağırsaqlara zərərlidir və babasili təhrik edir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, kolorektal cərrahlar bu ümumi tualet səhvinə yol verməmək barədə xəbərdarlıq edir.

Həkimlər xəbərdarlıq edib ki, tualetdə qalmaq üçün icazə verilən maksimum vaxt beş dəqiqədir. Həkimlər vurğulayıb ki, əgər uzun müddət otursan düz bağırsağın damarları genişlənir və tədricən babasil əmələ gətirir. "Tualetdə vakuum var, babasil damarlarını daraldır və onlara mənfi təsir göstərir", - həkimlər vurğulayıblar.

Mütəxəssislər qeyd edir ki, sağlamlıq vəziyyətinə və bədən xüsusiyyətlərinə görə hər kəs bu tövsiyəyə əməl edə bilmir. Ancaq patologiyalar olmadığı üçün tualetdə gözləniləndən daha çox qalmamaq məsləhət görülür: 

“Əgər 5 dəqiqə ərzində bağırsaq hərəkətini bitirməmisinizsə və ya başlamamısınızsa, ayağa qalxın və yenidən çağırış yarananda geri qayıdın”.

# 9252
avatar

Oxşar yazılar