Sumqayıtda  qadını döyüb,   telefonunu əlindən aldı
20 may 2024 12:31 (UTC +04:00)

Sumqayıtda qadını döyüb, telefonunu əlindən aldı

Mayın 15-i saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 38 yaşlı İlqar Şirinov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1890
avatar

Oxşar yazılar