Kartof pankeklərinin  hazırlanması – Çox dadlıdır
02 may 2024 12:53 (UTC +04:00)

Kartof pankeklərinin hazırlanması – Çox dadlıdır

Draniki və ya kartof pankeklərini bir çox insan sevir. Bu pankeklər hər nə qədər kartof kotletlərinə bənzəsə də, fərqli tərkib hissələrinə sahibdir. Kartof pankekləri az adamın eşitdiyi tamamilə fərqli bir yeməkdir.

Lent.az kartof pankeklərinin hazırlanma qaydasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

Kartof - 4 ədəd;

Yumurta - 3 ədəd;

Un - 150 q;

Süd - 400 ml;

Zövqə görə duz və şüyüd;

Bitki yağı.

1. Pankekləri hazırlamaq üçün soyulmuş kartofu qaynadıb əzmək və ya hazır kartof püresi istifadə etmək lazımdır.

2. Püreyə yumurta, duz, ilıq süd əlavə edin və həll olunana qədər qarışdırın.

3. Unu kiçik hissələrə ayırın, homojen bir xəmir əldə etmək üçün qarışdırın.

4. Daha sonra doğranmış göyərtilər tökün, istəsəniz rəndələnmiş pendir, doğranmış sarımsaq və digər ərzaqları əlavə edib qarışdıra bilərsiniz.

Pankekləri bitki yağı ilə dolu olan qızartma qabında bişirilir. Sonda onu  xama və ya qızardılmış soğan ilə təqdim edin. Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10779
avatar

Sevinc Fərid

Oxşar yazılar