Maunt-Sinay klinikasının alimləri sümük iliyi xərçənginin müalicəsində 73 faiz effektiv olan immun terapiyası barədə araşdırmanın nəticələrini dərc etdiriblər.
Lent.az-ın xəbərinə görə, araşdırma NEJM-də işıq üzü görüb.
Yeni üsul eyni zamanda T hüceyrələri və şiş hüceyrələri ilə əlaqə yaradan spesifik talketamab anticisiminin işinə əsaslanır. Bu da T hüceyrələrinin xərçəngi effektiv məhv etməsinə şərait yaradır.