Saçları  tez-tez yumağın   FƏSADLARI
16 yanvar 2023 16:36 (UTC +04:00)

Saçları tez-tez yumağın FƏSADLARI

Saçların yuyulması zamanı keçəlliyə yol açan səbəblər açıqlanıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dermatoloq Sam Sinkier saçların yuyulmasında keçəlliyə səbəb olan ümumi səhvi aşkar edib.

Həkim saçların çox tez-tez yuyulması dolaşıqlıqdan, parçalanmış və kövrək uclardan tutmuş baş dərisinin qaşınması, saç tökülməsinə qədər bir çox problemə səbəb ola biləcəyini deyib: 

"Baş dərisi sebum adlı təbii yağ ifraz edir. Bu öz növbəsində saç tellərini nəm itkisindən qorumağa kömək edir. Buna görə də, çox tez-tez yuyulma onları zədələrə qarşı həssas edir. Saçınızı nə qədər tez-tez yumağınız saç tipinizdən asılıdır. Bir qayda olaraq, nazik tellərin sahibləri saçlarını həftədə iki və ya üç dəfə, qalın olanlar isə həftədə bir və ya iki dəfə yumalıdırlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Fidan İlqar

Oxşar yazılar