Sabiq baş nazirin sevimli meyvəsi: Gündə bir qab yesəniz...
23 iyun 2022 15:54 (UTC +04:00)

Sabiq baş nazirin sevimli meyvəsi: Gündə bir qab yesəniz...

Hazırda mövsümün bol və sevilən meyvələrindən biri də gilasdır. Gilas ən çox dadına görə sevilir və bol-bol yeyilir. Ancaq bir çoxları gilasın faydalarından xəbərsizdir.

Lent.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, vitaminlərlə zənginliyi sayəsində orqanizm üçün çox faydalı olan gilas hətta bir sıra xəstəliklər üçün təbii dərman hesab olunur. Gilas adətən iki növdə, ağ və qırmızı olur. Həm qırmızı, həm də ağ gilasın kimyəvi tərkibi oxşardır. Ancaq tərkibində olan bəzi maddələrə görə qırmızı gilas daha faydalı hesab edilir.

Gilasın insan orqanizmi üçün faydalarını təqdim edirik: 

1. Gilas vitamin və mineral deposudur. A vitamini ilə çox zəngindir. 

2. Gilasın sulu və tumlu meyvələrinin tərkibində orqanizmdə qocalığı ləngidən və həzm sistemini yüksək səviyyəyə çatdıran antioksidantlar var.

3. Podaqra xəstəliyinin müalicəsində təbii dərman sayılır. Bu xəstəlik qanda sidik turşusu miqdarının artması zamanı əmələ gəlir. Nəticədə sidik turşusu baş barmağında, oynaqlarda şişkinlik və ağrı yaradır. Gilasın tərkibində olan faydalı elementlər qanda sidik turşusu miqdarının tənzimləməsinə kömək edir. Qısası, bu xəstəliyin müalicəsində vacib rol oynayır. 

4. Artıq çəkidən qurtulmaq istəyənlər çəkinmədən gilas yeyə bilərlər. Çünki 100 qram gilas orqanizmə cəmi 50 kalori verir. Bir ovuc gilas yeyildikdə insan toxluq hiss edərək digər qidalardan imtina edir və bu da çəki azalmasına səbəb olur. Dieta saxlayan insanlar günlük rutinlərində gilasa mütləq yer ayırmalıdır. Yemək aralarında gündə 10-15 ədəd gilas yemək məsləhətdir.

5. Gilas immuniteti gücləndirir. İnfeksion xəstəliklərlə mübarizədə ən faydalı təbii dərman sayılır. O həmçinin böyrəklərdə daş və duzun yaranmasının da qarşısını alır. 

6. Gilas bədəndən nikotinin kənarlaşdırılmasında da fəal iştirak edir. Siqaret çəkən insanlarda nikotin asanlıqla ağciyərlərə yayılır, oradan isə qana keçir. Gündə bir qab gilas yemək nikotinin orqanizmdən kənarlaşmasına şərait yaradır. 

Bundan əlavə ağ gilas qırmızı gilasla müqayisədə allergiyaya daha az səbəb olur. Allergiyaya meylli insanlar bunu nəzərə alsalar daha yaxşıdır. 

Həmçinin, soyuq havalarda süfrələrimizin bəzəyi olan gilas mürəbbəsinin də ayrı bir faydası var. Belə ki, tərkibində A, B, C vitaminləri olan gilas mürəbbəsi qəbizlik problemlərinə kömək edir, həzm sistemini gücləndirir, qanı təmizləyir. Hətta bağırsaq xərçənginin qarşısını almaqda da effektivdir. 

Qeyd edək ki, gilas meyvəsi hər nə qədər faydalı olsa da, onun çox qəbul edilməsi mədə-bağırsaq sistemində problemlər yarada bilər. Əsasən meteorizm və köpməyə səbəb olan amillər arasındadır. Buna görə də nəinki gilası, elə bütün qidaları normasında yemək lazımdır. 

Yeri gəlmişkən, keçmiş baş nazir, Xalq Partiyasının sədri Pənah Hüseyn müsahibələrinin birində ağ gilası sevdiyini bildirmişdi. Onu da qeyd etmişdi ki, sevimli mürəbbəsi də içinə qoz ləpə doldurulmuş gilas mürəbbəsidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4266
avatar

Sevinc Fərid

Oxşar yazılar