Rusiyanın paytaxtı Moskvada 61 yaşlı qadın qarın həcminin artmasına görə diskomfort şikayətləri ilə yerli onkoloji poliklinikaya müraciət edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, son vaxtlar qadının hərəkəti çətinləşib, mədəsində tənəffüs problemi və ağırlıq yaranıb. Müayinə zamanı qadının qarnında nadir bədxassəli şiş aşkarlanıb.
Şişin çəkisi 17 kiloqrama çatıb. Əməliyyat zamanı həkimlər bədxassəli şişlə birlikdə qadının uşaqlıq yolunu və əlavələrini də çıxarmalı olublar.
Hazırda əməliyyat olunan rus qadın özünü yaxşı hiss edir və artıq evə buraxılıb.