O, vaginasız doğuldu, əri boşadı:  Həyatı kabusa dönən qızın FACİƏSİ
15 fevral 2023 20:15 (UTC +04:00)

O, vaginasız doğuldu, əri boşadı: Həyatı kabusa dönən qızın FACİƏSİ

Türkiyənin Qars bölgəsində yaşayan 19 yaşlı bir qız bədbəxt hadisə yaşayıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Z.T adlı (şərti ad) gənc qız planetimizdə 5 min qadından birində görülən “MRKH” sindromu ilə dünyaya gəlib. Yəni uşaqlıqsız və vaginasız doğulub. Elə bununla da qızın həyatı kabusa çevrilib. 

Belə ki, 11 uşaqlı bir ailədə dünyaya gələn Z.T yetkinlik yaşına çatmasına baxmayaraq menstruasiya (aybaşı) olmayıb. Valideynləri onu bu məqsədlə həkimə aparıb. Lakin həkim heç bir probleminin olmadığını, qızın sağlam olduğunu bildirib. 

Bir müddət sonra ailəsi qızı evləndirib. 8 aya yaxın evli qalan Z.T həyat yoldaşı tərəfindən “Sən qadın deyilsən, kişisən, homoseksualsan. Məni aldatdın” kimi təhqirlərə məruz qalıb. Daha sonra kişi məhkəməyə müraciət edərək boşanma ərizəsi yazıb. 

Qars Ədliyyəsində keçirilən proses zamanı Z.T-nin cinsiyyətinin təyini üçün mütəxəssislər cəlb olunub. Nəticədə ginekoloq Müjdə Canday tərəfindən qadına nadir görülən anadangəlmə anomaliya olan “MRKH” sindromu diaqnozu qoyulub. Onun uşaqlıqsız və vaginasız doğulduğu müəyyən edilib. 

Hadisədən sonra Müjdə Canay bu məsələni öz boynuna götürüb və Z.T-ni əməliyyat edib. 19 yaşlı qız qarın daxili qişadan vagina yaratmaq üçün laparoskopik əməliyyat keçirib. Bununla yanaşı, nadir hallarda həyata keçirilən qapalı sistemlə peritondan istifadə edərək xəstə üçün doğum yolu yaradılıb. Hər iki əməliyyat uğurla başa çatıb. 

Həkimin sözlərinə görə, əməliyyatdan sonrakı baxım da çox vacibdir. Onlar qızın tam sağalacağına və istədiyi həyatı yaşayacağına əmindirlər. 

Müjdə Canay bunlarla yanaşı, Z.T-nin psixologiyasının mənəvi cəhətdən sarsıldığını vurğulayıb: 

“Biz onu əməliyyat etdik. Sonrakı mərhələni görmək üçün zaman lazımdır. Qızımız bizim yanımıza gələndə həm fiziki, həm də mənəvi cəhətdən tükənmişdi. Bəlkə də o, bu əməliyyatları unudacaq. Amma ailəsi və keçmiş həyat yoldaşının ona göstərdiyi münasibəti heç vaxt yaddan çıxarmayacaq.
Bundan sonrakı vəzifəmiz onun tam sağlam şəkildə ayağa qalxmasıdır. Daha sonra ilk iş yaxşı psixoloqla onu həyata qazandırmaq olacaq” , - deyə həkim bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6120
avatar

Oxşar yazılar