Niyə tez-tez sabunla  duş qəbul etmək olmaz?
17 avqust 2022 09:09 (UTC +04:00)

Niyə tez-tez sabunla duş qəbul etmək olmaz?

Sabun və digər kosmetik vasitələrdən istifadə edərək gündə iki dəfədən çox duş qəbul etsəniz, dəriyə ciddi zərər verə bilərsiniz.

Lent.az bildirir ki, bu xəbərdarlığı  həkim dermatoloq, kosmetoloq Liliya Dışlevaya edib.

Dermatoloqun sözlərinə görə, həddindən artıq isti suyun sabunla birləşməsi dərinin qurumasına və susuzlaşmasına səbəb ola bilər. Tərkibində natrium olan duş gelinin müntəzəm istifadəsi dərinin lipid baryerini məhv edə və patogen bakteriya və virusların daxil olmasına imkan verə bilər.

“Gündə iki dəfədən çox olmayan yuyucu vasitələrlə duş qəbul etmək tamamilə məqbuldur. Hər gün gelin və ya sabunun köməyi ilə yalnız çox sayda tər vəzilərinin yerləşdiyi yerləri, qasıq bölgəsini, qoltuqları və ayaqları yumaq lazımdır”, - mütəxəssis qeyd edib.

Eyni zamanda, soyuq sudan daha çox isti su orqanizmə zərər verir, qış aylarında isti duş dərinin soyulmasına səbəb olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Oxşar yazılar