Koronavirusu zəiflətməyin sadə yolu
30 dekabr 2023 15:28 (UTC +04:00)

Koronavirusu zəiflətməyin sadə yolu

Alimlər sadə bir vasitədən istifadə edərək koronavirusu zəiflətməyin yolunu tapıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, məhsulun tərkibində ağız boşluğunda mikroorqanizmlərə qarşı fəaliyyət göstərən komponent var.

Ağız yuyucuları ağız boşluğunda mikroorqanizmlərlə mübarizə aparmağa yönəlmiş antibiotiklər və antiviral komponentləri ehtiva edir. Hokkaydo Universitetinin professoru Kyoko Hidanın rəhbərlik etdiyi alimlər qrupu setilpiridinium xloridin ağız boşluğunda SARS-CoV-2 virus yükünü azalda biləcəyini müəyyən edib. Bu komponent virusu qoruyan lipid membranı məhv edir.

Cetilpiridinium xlorid dadsız və qoxusuzdur, bu da alimlərin onun orqanizmə təsirləri ilə bağlı daha dərin araşdırmalar aparmağa marağını oyadıb. Onlar komponentin koronavirusun hüceyrəyə daxil olması üçün zəruri olan transmembran serin 2 proteazını ifadə edən hüceyrələrə təsirini öyrəniblər.

Təcrübələr göstərir ki, setilpiridinium xloriddən 30-50 ml konsentrasiyada istifadə edildikdən sonra 10 dəqiqə ərzində SARS-CoV-2-nin yoluxuculuğu və hüceyrələrə nüfuz etmə qabiliyyəti ləngiyir. Maraqlıdır ki, satışda olan ağız qarqaraları təmiz tərkib hissəsinə nisbətən daha təsirli olur.

Tədqiqat göstərir ki, ağız qarqaralarında setilpiridinium xloridin aşağı konsentrasiyası dörd Covid-19 variantının yoluxuculuğunu maneə törədə bilər. 

# 2658
avatar

Arzu Qurbanlı

Oxşar yazılar