İtaliya millisinin baş məqşçisinin rəsmi təqdimat mərasimi  keçirildi
19 iyun 2025 17:52 (UTC +04:00)

İtaliya millisinin baş məqşçisinin rəsmi təqdimat mərasimi keçirildi

"Milan"ın əfsanəvi keçmiş futbolçusu Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olmaqla karyerasında yeni səhifə açıb. O, artıq vəzifəsinin icrasına başlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, iyunun 19-da Romada 47 yaşlı italiyalı mütəxəssisin rəsmi olaraq “Skuadra Adzurra”nın baş məşqçisi kimi təqdim olunduğu mətbuat konfransı keçirilib.

Qattuzo milli komandanın baş məşqçisi kimi Luciano Spallettini əvəz edib və İtaliya Futbol Federasiyası tərəfindən komandanı 2026-cı il Dünya çempionatına çıxarmaq tapşırığı verilib. 

"La Gazzetta dello Sport"un məlumatına görə, Qattuzo ilə 1 illik müqavilə imzalanıb. Müqavilədə məşqçinin maaşı göstərilib və bu müddət üçün bu maaş bir milyon dollardan bir qədər az olacaq. Bundan əlavə, müqavilənin daha iki il müddətinə uzadılmasının mümkünlüyü nəzərdə tutulur.

Qeyd edək ki, İtaliya millisi dünya çempionatının seçmə mərhələsinin ilk oyunlarında Norveçə məğlub olub (0:3), Moldovaya qalib gəlib (2:0). Qattuzonun rəhbərlik etdiyi "Skuadra Adzurra" ilk oyunlarını sentyabrın 5-də Estoniya və İsrailə qarşı keçirəcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar