Koronavirusdan sağalananlar üçün ən  FAYDALI MƏHSULLAR
25 may 2021 07:11 (UTC +04:00)

Koronavirusdan sağalananlar üçün ən FAYDALI MƏHSULLAR

Həkimlər koronavirusdan sağalanların nə yemələrinin daha xeyirli ola biləcəyini açıqlayıblar.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, hindistanlı həkimlər on milyonlarla koronavirus xəstəsini müşahidə etməkdə əvəzsiz təcrübə qazanıb və sağalanlar üçün bir menyü hazırlayıblar.

Koronavirusdan sağaldıqdan sonra bədənin bərpa olunmasına kömək etmək üçün müəyyən qaydada yemək lazımdır.

Aktiv olaraq kompleks karbohidratlardan istifadə etməyi, çay göbələyi içməyi, həmçinin turşu, lobya, günəbaxan tumu və qoz-fındıq yeməyi məsləhət görürlər.

Həqiqət budur ki, koronavirusdan qurtulanlar bağırsaq mikroflorasını və immuniteti gücləndirməlidirlər. Bunlar bu işin öhdəsindən gəlməyə kömək edən məhsullardır.

Hindistanlı həkimlər iki-üç ay ərzində adi yemək tərzinə dönməməyə, tibbi menyüyə əməl etməyə çağırırlar.

Bədənin güc toplaması üçün ən azı 8-9 saat yatmaq da vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2688
avatar

Oxşar yazılar