Koronavirusa qarşı bu peyvənd ürək üçün  TƏHLÜKƏLİDİR
02 iyun 2021 19:07 (UTC +04:00)

Koronavirusa qarşı bu peyvənd ürək üçün TƏHLÜKƏLİDİR

Pfizer koronavirus peyvəndinin ikinci dozası miyokara səbəb ola bilər - ürək əzələlərində iltihab riski artır.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyinin ekspertləri məlumat yayıblar. 

“İsrailin Səhiyyə Nazirliyi iyunun 2-də bəyan edib ki, əsasən İsraildə COVID-19-a qarşı vurulan Pfizer peyvəndindən gənc kişilərdə rast gəlinən az sayda ürək iltihabı hadisəsini müəyyən edib”, - xəbərdə vurğulanır.

Mütəxəssislər araşdırma aparıblar və 16-24 yaş arası peyvəndlənən 3-6 min kişidən birinin müvafiq əlamətləri aşkarlandığına qərar verib. Bununla birlikdə, əksər hallar miokard üçün xarakterik olub.

Elm adamları, yan təsirin nə ilə əlaqəli ola biləcəyini hələ də müəyyənləşdirirlər. İzahlardan biri antikor səviyyələrinin çox olmasıdır ki, bu da "həddindən artıq immunitet reaksiyasına səbəb ola bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4206
avatar

Oxşar yazılar