Almaniya polisi kütləvi peyvənd prosesinə müdaxilə etmək və naməlum şəraitdə hazırlanan preparatla immunizasiyanın qarşısını almaq məcburiyyətində qalıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həkim və sahibkar istifadəsinə icazə verilməyən evdə hazırlanmış peyvəndlə 50-yə yaxın insanı peyvəndləyib.
Peyvəndləmə məntəqəsini həkim Vinfrid Şteker Şlezviq-Qolşteyn torpağındakə Lyubeka hava limanı yaxınlığında açıb.
Məlumdur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları işə qarışana kimi həkim-sahibkar 50-yə yaxın insanı “immunlaşdırmağa” nail olub.
Ehtimal ki, o, bunun üçün istifadəsinə icazə verilməyən bir dərman istifadə edib. Peyvəndlər ofis otağında edilib.
Ümumilikdə peyvənd məntəqəsinin yerləşdiyi binanın qarşısına 80-ə yaxın insan toplaşsa da, peyvənd prosedurundan keçmək istəyənlərin sayı getdikcə artıb.
Ştekerin öz peyvəndini hazırladığı, lakin dərmanın "istifadə üçün təsdiqləndiyinə" dair hələ heç bir sübut olmadığı bildirilir.