İnəkdən “doğan” VAKSİN – Bu termin necə yarandı?
18 fevral 2021 10:55 (UTC +04:00)

İnəkdən “doğan” VAKSİN – Bu termin necə yarandı?

Bu gün daha çox rastlaşdığımız xəbərlər peyvəndləmə, başqa cür desək, vaksinasiya ilə bağlıdır.

Vaksin termini fransız dilində "vacca” sözündən götürülüb, mənası inək deməkdir. 
Mütəxəssilərin təbirincə desək, vaksinlər müəyyən bir xəstəliyə qarşı aktiv qazanılmış immuniteti təmin edən bioloji hazırlıqdır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu termin elmi dövriyyəyə XVII əsrdə yaşamış ingilis alim Edvard Cennerin şərəfinə Lui Paster tərəfindən gətirilib. 

Edvard Cenner

1798-ci ildə Cenner ilk dəfə olaraq insanları təbii çiçək xəstəliyindən qorumaq məqsədilə onları inəyin təbii çiçək virusu ilə immunizə etmiş və onun 100% effektliyini göstərmişdi. 

Bəs necə oldu ki, bu termin inəyin adı ilə əlaqələndirildi?

E.Cenner bir qadının çiçək xəstəliyinə yoluxduğunu və bunu digərlərinə də keçirdiyini eşitmişdi. Lakin alimi düşündürən məsələ bu yoluxucu xəstəliyin qadına haradan keçməsi idi. Sonradan alim öyrənir ki, qadının Vokna adlı inəyi çiçək xəstəliyinə yoluxub, xəstəlik heyvandan qadına keçib. Vaksin sözü həmin inəyin adına uyğunlaşdırılaraq səsləndirilir.

Cenner belə bir təcrübə keçirməyi planlaşdırır. Cenner riskə gedərək eksperimenti Şahidlərin iştirakı ilə öz kiçik oğlu  üzərində həyata keçirir. Edvard 18 yaşlı oğlunu əvvəlcə inək çiçəyinə, 15 gündən sonra isə əsl insan çiçəyinə yoluxdurur. Alimin oğlu insan çiçəyi ilə xəstələnmir. Bu böyük qələbə idi...

Tarixi hadisəyə çevrilən yoluxma anı o qədər təqdirəlayiq hal kimi qəbul edilir ki, hətta sonralar bu hadisəyə həsr edilmiş heykəl ucaldılır.  

Dünyanın əksər ölkələrindən Cennerə çoxlu məktublar gəlir və ondan kömək istəyirlər. Beləliklə, yoluxucu xəstəliklərə qarşı peyvəndlərin - vaksinlərin hazırlanmasının başlanğıcı qoyulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4482
avatar

Rəsul SARI

Oxşar yazılar