Böyürtkən faydalı və müalicəvi giləmeyvədir. Bu giləmeyvə orqanik turşular, antioksidantlar və bir çox vitaminlərlə (E, PP, C, B qrupu) zəngindir.
Böyürtkən antibakterial (bakteriya əleyhinə), antiseptik (mikrob əleyhinə), həmçinin, canlandırıcı olaraq da öz təsiri var. Eyni zamanda, kapilyar damarları gücləndirir.
Lent.az saytı böyürtkənin orqanizm üçün 6 faydasını sizə təqdim edir.
1. Soyuqdəymə zamanı yaxşı təsir edir
Xəstəlik zamanı hərarəti aşağı salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır. Sağalmanı xeyli tezləşdirir. Hətta iltihab əleyhinə xüsusiyyətlərinə görə moruqdan daha faydalıdır.
2. Ürək əzələsini möhkəmləndirir, şişkinliyi azaldır
Ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır. Demək olar ki, aritmiyanı və taxikardiyanı aradan qaldırır. Arterial təzyiqini aşağı salır.
3. Damarları təmizləyir, onları daha elastik və sağlam edir
Damarları daim sağlam saxlamaq istəyirsinizsə, böyürtkən bunun üçün ən yaxşı seçimdir. Bununla yanaşı, ziyanlı vərdişlərdən imtina edin, hərəkətli olun. İmkan olduqca idmanla məşğul olun.
4. İmmun sistemini möhkəmləndirir
5. Beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir
Böyürtkən tərkibindəki oksidlər sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı daha vəziyyətə salır.
6. Bir çox xroniki və xərçəng xəstəliyinin qarşısını alır
Araşdırmalar göstərir ki, böyürtkən ekstraktı xərçəng hüceyrələrinin artmasının qarşısını alır.
Bu səbəbdən mütəxəssislər bu faydalı giləmeyvəni xərçəng xəstəliyindən əziyyət çəkən insanların qidalanmasına daxil etməyi tövsiyə edirlər.