Kardioloq Nataliya Qavrilova hava dəyişikliyindən əziyyət çəkən insanlar üçün bir neçə məsləhət verib.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu problemin öhdəsindən gəlmək üçün su içmək və dərindən nəfəs almaq lazımdır.
Həkim bildirib ki, insanlarda meteoroloji asılılığın əsas əlamətləri baş ağrıları, halsızlıq, qan təzyiqinin artması və ya azalmasıdır. Belə hallarda işləməyə də ara vermək əsas vacib amillərdəndir.
Qavrilova artan təzyiq zamanı bir neçə preparatlardan istifadə etməyin normal olduğunu da qeyd edib.
“Əgər artan təzyiq problemi ilə üzləşirsinizsə, bu zaman sakitləşdirici dərmanlardan – valerian, anavort, yemişandan istifadə edin. Belə vəziyyətlərdə nanə və ya çobanyastığı ilə isti çay içməyi də unutmayın”, - kardioloq bildirib.
Qeyd edək ki, həkim yeməklərdə duzun az istifadə edilməsini də tövsiyə edib.