Sağlam həyatın əsas komponentlərindən biri də su içmək rejimidir. Gün ərzində bir neçə litr su içmək sağlamlığa müsbət təsir edir. Həmçinin, su insanın enerjisini yüksəldir, arıqlamağa kömək edir. Hətta xərçəng xəstəliyinin də qarşısını aldığı iddia edilir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, insanlar daima yanlarında su gəzdirməli, gün ərzində 8 stəkan, yəni təxminən 2 litr su içməlidirlər.
Böyrək üçün ən faydalı profilaktika onların daim işləməsidir. Bu prosesin həyata keçməsi üçün isə orqanizmə lazımi qədər su daxil olmalıdır.
Bədən temperaturumuzun nizamlanması, qida və tullantıların daşınması, oynaqların sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimləməsi baxımından su çox vacibdir.
Bəs, suyu necə içmək lazımdır?
Soyuq su qəbul etdikdə bədən onu qızdırmaq üçün əlavə enerji sərf edir və beləliklə kalori itirilir.
İlıq su isə iştahı kəsə bilər. Ona görə də hər zaman ac hiss etdikdə və ya bizə faydasız olan bir şeyi yemək istədikdə ilıq su içmək gərəklidir.
Bu səbəblərdən suyu otaq temperaturunda içmək daha məqsədə uyğundur.
Qeyd edək ki, bəzi hallarda su normasını 3 litrə qədər artırmaq lazımdır.
Bu hallar aşağıdakılardır:
1. İdmanla məşğul olduqda
2. Zəhərləndikdə
3. Çox tərlədikdə
4. Qızdırma olduqda
5. Gərgin fiziki rejim zamanı
6. Təyyarə ilə səyahət
Bunu da nəzərə alaq ki, həmişə içdiyimiz suya diqqət etməliyik. Qaynadılmış və ya süzülmüş su içməmək məsləhətdir.