Evlilik yüksək qan şəkəri riskini  AZALDIR
09 fevral 2023 16:17 (UTC +04:00)

Evlilik yüksək qan şəkəri riskini AZALDIR

Kanada və Lüksemburqdan olan beynəlxalq elm adamları müəyyən edib ki, evlilik həyatda olan münasibətdən asılı olmayaraq, yüksək qan şəkərinin inkişaf riskini azaldır.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, əvvəlki araşdırmalar da sübut edib ki, evlilik və ya birgə yaşayışın, xüsusilə yaşlı insanlar üçün sağlamlıq faydaları var.

Mütəxəssislər indi isə ailə vəziyyəti və yüksək qan şəkəri ilə əlaqəni araşdırıblar. Bunun üçün öncə şəkərli diabet diaqnozu qoyulmamış 50-89 yaşlı 3335 fərdin qanındakı biomarker məlumatları təhlil edilib. İştirakçılara əri, arvadı və ya birgə həyat yoldaşı olub-olmaması soruşulub, cütlüklərə gərginlik və dəstək səviyyəsini ölçməyə yönəlmiş suallar da verilib.

Eyni zamanda, iştirakçılarda yaş, gəlir səviyyəsi, məşğulluq, siqaret çəkmə, fiziki fəaliyyət, depressiyaya meyllilik və ya mövcudluq, bədən kütləsi indeksi (BKİ) və uşaqların olması kimi amillər nəzərə alınıb.

Məlum olub ki, evlilikdə böyük dəyişikliklərə məruz qalan (məsələn, boşanma) insanların HbA1c miqdarında (qanda orta glisemik səviyyə) əhəmiyyətli dəyişikliklər olub və nəticədə prediabet riski artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1914
avatar

Fidan İlqar

Oxşar yazılar