“Elektron siqaret çəkənlər xərçəng və insult keçirə bilər”.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri kardioloq Pşeniçnikova deyib.
Həkim bildirib ki, bu siqaretlər mayeni ətirli maddələr və nikotinlə buxarlayan inhalyasiya cihazlarıdır. Bunlar isə uşaqlar və yeniyetmələr üçün ciddi təhlükə yaradır.
“Bəzən düşünürlər ki, elektron siqaretlər digər növlərindən ziyansızdır. Amma təəssüf ki, bu fikir yanlışdır. O, orqanizmdə gedən enerji mübadiləsini pozur. Bəzi xərçəng növləri, erkən insult, infarkt və digər damar kimi ciddi xəstəliklərə də səbəb ola bilir”.
Onun sözlərinə görə, elektron siqaret çəkənlərdə immun sisteminin zəifləməsi və gen pozulmaları aşkar edilir.
Qeyd edək ki, yanvarın 18-də Rusiya parlamentinin aşağı palatasının spikeri Vyaçeslav Volodin Dövlət Dumasının müvafiq komitələrinə elektron siaretin qadağası ilə bağlı təkliflər verməyi tapşırıb.