Dişlərə qarşı etdiyimiz səhv vərdişlərimiz
19 yanvar 2023 19:40 (UTC +04:00)

Dişlərə qarşı etdiyimiz səhv vərdişlərimiz

Hər kəs sağlam və gözəl dişlərə sahib olmaq istəyir. Bunun üçün həm yediklərimizə fikir verməli, həm də dişlərin həssaslığına diqqətli yanaşmaq lazımdır. Elə vərdişlər var ki, bu dişlər üçün çox ziyanlıdır. Onları təmizlərkən belə ehtiyatlı davranmalıyıq.

Lent.az həmin səhv vərdişləri təqdim edir:

Qeyri-sağlam qidalanma

Qidalanmamız birbaşa ağız və diş sağlamlığımızla bağlıdır. Tərkibində karbohidratlar olan qidalarda qlükoza və fruktoza kimi sadə şəkərlər var. Karbohidratlardan olan şəkərlər ağızda sürətli turşu əmələ gəlməsinə səbəb olur. Bu da dişdə mineralların əriməsinə və dişin zədələnməsinə gətirib çıxarır

Spirtli və digər tərkibli içkilər

İçkilər ən çox yeniyetməlik dövründə dişlərə ciddi ziyan vurur. Asid tərkibli içkilər qəbul etdikdən sonra ağızda turşuluq yaranır. Bunu aradan qaldırmaq üçün bol su və şəkərsiz saqqız çeynəmək lazımdır.

Diş fırçasını uzun müddət istifadə etmək

Diş fırçalarının ömrü maksimum 3 aydır. Diş və diş ətinin sağlamlığı baxımından onları üç aydan bir dəyişdirmək düzgün olardı. Belə ki, bu müddətdən sonra diş fırçasında deformasiyalar başlayacaq. Fırça dişlərinin yanlara doğru açılması onun ömrünün tamamlandığının göstərcisi sayıla bilər. Uzun müddət istifadə olunan fırçanın üzərində bakteriya və qida qalıqları toplanır. Bu da onun yararsız olduğunun bildirən başqa bir əlamətdir.

Dişləri bərk sürtmək

Dişləri bərk sürtmək  ən ziyanlı vərdişlərdən biridir. Effektli təmizlənmə üçün bu tələb edilmir. Dişləri bacardıqca ehtiyatla sürtmək lazımdır ki, diş əti zədələnməsin. 

Dili təmizləməmək

Ağızda mikrobların toplandığı sahələrdən biri də dildir. Burada toplanan mikroblar diş sağlamlığı üçün təhlükə törədən əsas səbəblərdəndir. Hətta bu problem çürüməyə də yola açır. Çalışın dilinizi tez-tez təmizləyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523
avatar

Sevinc Fərid

Oxşar yazılar