Dişlərə ən çox zərər verən şirniyyatlar, ağ şərablar və qazlı içkilərdir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə stomatoloq-terapevti Roman Korolev məlumat verib.
“Şəkər dişlər üçün bir nömrəli təhlükədir. Şirniyyatlar ən çox diş minasının zədələnməsinə və çürüklərin yaranmasına səbəb olur. Bundan əlavə, ağız boşluğundakı bakteriyalar şəkəri turşuya çevirir ki, bu da dişlərin strukturunun pozulmasına səbəb olur”, - deyə ekspert izah edib.
Onun sözlərinə görə, həkimlər arasında ən çox stomatoloqlar şokolad, şəkərli qazlı içkilərin istehlakını azaltmağı, çay və ya qəhvəyə daha az şəkər əlavə etməyi həmişə tövsiyə edir. Bu məhsullardan imtina etmək mümkün deyilsə, yeməkdən sonra ağzınızı yaxalamağa və ya diş ipindən istifadə etməyə dəyər. Daimi fırçalama dişlərinizi şəkər zərərindən qorumağa da kömək edəcək.
"Əgər siz qırmızı şərab içməyi planlaşdırırsınızsa, dişlərinizi əvvəlcədən fırçalayın ki, şəkər mina üzərinə yapışmasın" deyə diş həkimi tövsiyə edib.
O qeyd edib ki, dişlər üçün ikinci zərərli məhsul ağ şərabdır:
“Bu içki dişlərdə mikro çatların yaranmasına səbəb ola bilər. İş ondadır ki, şərabda diş minasının temperaturun dəyişməsinə həssaslığını artıran turşular var”, - Roman Korolev bildirib.
Bütün turşulu qidalar və içkilər də diş üçün təhlükəlidir. Onları çox miqdarda istifadə etsəniz, eroziya - diş toxumalarının aşınması ilə qarşılaşa bilərsiniz.