Dermatoloq Şari Lipner dırnaqlarda olan qırmızı zolaqların ürək xəstəliyinin əlaməti ola biləcəyini deyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, dırnaqların vəziyyəti bir neçə xəstəliyə səbəb ola bilər.
Məsələn, dırnaq sədəfi altında qançırlar varsa, bu xərçəng xəstəliyinin əlamətidir. Xərçəngin bu forması dırnaq altında tünd xətt kimi də görünə bilər.
Həkimin sözlərinə görə, xəstələr çox vaxt belə zolaqları boya və ya mürəkkəb izləri ilə səhv salırlar.
Dırnaqlardakı qırmızı zolaqlar, həmçinin infeksion endokardit adlanan ürək infeksiyasına da işarə edə bilər. Bakteriyalar və ya digər mikroorqanizmlər qan dövranına daxil olduqda və ürəyə getdikdə infeksiya baş verir. Onlar ürək klapanlarına təsir edərək orqanın daxili qişasının iltihablanmasına gətirib çıxarır. Nəticədə orqanizmdə qan dövranı pozulur.
Diqqət etməli olduğunuz başqa bir şey isə nazik dırnaqlardır. Dermatoloqlarun sözlərinə görə, bəzi hallarda nazik və qabarıq dırnaqlar artritdən xəbər verir.