DİQQƏT!  Oruc tutanlar daha gec yaşlanır
27 mart 2023 10:29 (UTC +04:00)

DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır

On bir ayın sultanı olan Ramazan ayında oruc tutmağın insan sağlamlığı üçün də bir çox faydaları var. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, daxili xəstəliklər üzrə mütəxəssis həkim Ahmet Aydın bildirib ki, oruc tutmaq qanda şəkər səviyyəsini aşağı salır.

Onun sözlərinə görə, oruc tutmaq həmçminin alzermir və parkinson kimi nevroloji xəstəliklərin yaranması riskini azaldır:

"Araşdırmalar nəticəsində məlum olub ki, oruc tutmaq idrak funksiyalarını və beyin strukturlarını yaxşılaşdırır. Beləliklə oruc tutan insanlar daha gec yaşlanır. Həmçinin xaricində həzm sistemimiz zərərli bakteriyalardan təmizlənir. Bir neçə gün oruc tutduqdan sonra mədə normal ölçüsü qədər kiçilir və zaman keçdikcə aclıq hissi azalır”.

# 1440
avatar

Arzu Qurbanlı

Oxşar yazılar