Dərman, əsasən də antibiotik qəbulu zamanı spirtli içki içməyin təhlükəli olub-olmaması hamını ən çox maraqlandıran məsələlərdəndir.
Lent.az xarici KİV-ə istinadən dərmanla yanaşı alkoqolun qəbulunun nəyə gətirib çıxardığını sizə təqdim edir.
Mütəxəssislər bildirir ki, bəzi dərmanlar, məsələn, antihistaminiklər və antidepressantlar yuxu gətirir və spirt bu təsiri artıra bilər.
Bəzi istisnalar xaric, hazırda əksər antibiotiklərin qəbulu zamanı spirtdən imtina tələb olunmur.
Bununla belə, dərmanların spirtlə eyni vaxtda qəbul edilməsi "alkoqol səpgisi" və ya "disulfirama bənzər reaksiya" kimi nəticələrə səbəb olur.
Alkoqol orqanizmdə parçalanan zaman asetaldehid adlı zəhərli maddə əmələ gəlir və orqanizm bu maddəni xaric edir. Ancaq bəzi dərmanlar onun ifrazını çətinləşdirə, bədəndə yığılmasına gətirib çıxara bilir; qızartı, yüksək qan təzyiqi, ürək döyüntüsü və qusma kimi simptomlara səbəb olur.