Daha bir ölümcül virus   meymundan insana keçə bilər
04 oktyabr 2022 21:32 (UTC +04:00)

Daha bir ölümcül virus meymundan insana keçə bilər

Boulder şəhərindəki Kolorado Universitetinin tədqiqatçıları bir məqalədə bildirirlər ki, vəhşi Afrika primatlarını xəstələndirən potensial ölümcül viruslar insanlara yoluxmağa başlaya bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər donuz və atlar arasında yayılmış, lakin primatlar arasında kifayət qədər öyrənilməmiş arterivirusların patogenliyini tədqiq ediblər. Onlar Ebola xəstəliyinə bənzər bir ölümcül xəstəliyə səbəb olan meymun hemorragik qızdırma (Hemorragik qızdırmalar – virus mənşəli təbii ocaqlı, endemik infeksion xəstəliklər olub, qan damarlarının zədələnməsi, hemorragiya və intoksikasiya əlamətləri ilə təzahür edirlər-red.) virusuna (CCHFV) xüsusi diqqət yetiriblər. Bu infeksiya 1960-cı illərdən bəri əsirlikdə olan makaklar arasında ölümcül epidemiyalara səbəb olub.

Məlum olub ki, reseptor olan CD163 molekulu infeksiyada əsas rol oynayır və virusun hədəf hüceyrələrə daxil olmasına şərait yaradır.

Bu reseptorun insan versiyası da SHFV ilə yaxşı birləşir və virusu insanlar üçün təhlükəli edir. İnsan immunçatışmazlığı virusu (HİV) və onun qabaqcıl meymun immunçatışmazlığı virusu (SIV) kimi, meymun arterivirusları da immun hüceyrələrə hücum edir, əsas müdafiə mexanizmlərini sıradan çıxarır və bədəndə uzun müddət qalır.

İndiyədək insanlarda yoluxma halları qeydə alınmasa da, müəlliflər ayıq-sayıq olmağa çağırırlar ki, bu da yeni pandemiyanın qarşısını almağa kömək edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120
avatar

Oxşar yazılar