Çobanyastığı çayı içmək yuxu keyfiyyətini artıracaq xüsusiyyətlər də var.
Lent.az-ın məlumatına görə, çobanyastığı çayı yuxusuzluğu azaldan antioksidan olan "apigenin" ehtiva edir.
Çobanyastığı çayı əsəbləri rahatlaşdırır və əsəb sistemini sakitləşdirir. Buna görə də daha yaxşı yatmağınıza kömək edir.
Gündə 1 stəkan çobanyastığı çayı içmək kifayətdir. Çobanyastığı ekstraktları sağlam bədən üçün çox güclü mənbədir.
Çobanyastığı çayının faydaları:
1. İmmunitet sistemini gücləndirir.
2. Ürək xəstəliyi riskini azaldır
3. Dərinin teksturasını yaxşılaşdırır
Eyni zamanda, çobanyastığı çayı ağrı kəsici və spazmı aradan qaldıran xüsusiyyətlərə malikdir.