Buxağın yaranmasının əsas SƏBƏBLƏRİ
29 noyabr 2023 11:30 (UTC +04:00)

Buxağın yaranmasının əsas SƏBƏBLƏRİ

İkiqat çənənin görünməsinin həyəcanverici səbəbləri məlum olub. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, plastik cərrah Vasilisa Peruşkina boyunda ikinci çənənin yaranmasının səbəblərindən danışıb.

Onun sözlərinə görə, oturaq həyat tərzi, idmanın olmaması və ya pis qidalanma səbəbindən hətta arıq insanlarda da piy yataqları yarana bilər. Bundan əlavə, ikiqat çənə təhlükəli xəstəliklər barədə xəbərdarlıq edir.

Kosmetik qüsur əsasən yetkin insanlarda yaşa bağlı dəyişikliklər fonunda, dərinin tonunu itirdiyi və sallandığı zaman baş verir. Ancaq bəzi hallarda şəkərli diabet, qalxanabənzər vəzin disfunksiyası və digər endokrinoloji problemlər səbəbindən qoşa çənə yarana bilər.

Bununla əlaqədar olaraq, cərrah problemin səbəblərini müəyyənləşdirməyi və zəruri hallarda həkimə müraciət etməyi məsləhət görür. Ümumiyyətlə, Peruşkina gündəlik rejim qurmağı, düzgün qidalanmağı, idmanla məşğul olmağı və özünü masaj etməyi unutmamağı tövsiyə edir.

# 2001
avatar

Fidan İlqar

Oxşar yazılar