Burundan tüklərin qoparılmasının ölümcül təhlükəsi 
14 fevral 2023 09:24 (UTC +04:00)

Burundan tüklərin qoparılmasının ölümcül təhlükəsi 

“Burundan tüklərin çıxarılması ölümlə nəticələnə bilər”. 

Lent.az xəbər verir ki, bu sözləri otolarinqoloq Vladimir Zaitsev müsahibəsi zamanı deyib. 

Onun sözlərinə görə, kəskin epilyasiya zamanı həmin hissədə iltihab və ya qanaxma baş verə bilər. 

“Tüklərin sərt şəkildə çıxarılması zamanı qanaxma baş verirsə, dərhal həkim müayinəsinə gedilməlidir. Həmin hissə müalicə olunmazsa, beynin damarlarına keçə bilən və hətta ölümlə nəticələnən irinlənməyə səbəb olar”. 

Zaitsev bildirib ki, insanlar buna həssas yanaşmır, amma bu çox ciddi məsələdir: 

“Xəstəliyin vaxtında qarşısı alınmasa, iki-üç günə terminal mərhələyə çata bilər”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar