Bu xəstəliyi olanlar  bolqar bibəri   yeməməlidir
02 aprel 2024 11:36 (UTC +04:00)

Bu xəstəliyi olanlar bolqar bibəri yeməməlidir

Qidalanma mütəxəssisi Natalya Qridina bolqar bibərinin kimlər üçün faydalı və təhlükəli olduğunu açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, bolqar bibəri vitaminlər, kalsium, maqnezium və dəmir ehtiva edən aşağı kalorili tərəvəzdir. 

Onun sözlərinə görə, bu, bir çox insanlar üçün çox faydalıdır, lakin bəzi xəstələr üçün əks göstərişdir:

“Tərəvəz sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər, yuxusuzluqla mübarizəyə faydalı təsir göstərir və tərkibində fol turşusu olduğuna görə hamilə qadınlar üçün də faydalıdır. Tərkibindəki lif isə mədə-bağırsaq traktının işinə kömək edir. Eyni zamanda ürək-damar sistemi, mədə-bağırsaq sistemi, qaraciyər və ya böyrək xəstəlikləri varsa, bolqar bibərinin istifadəsini məhdudlaşdırmaq və ya tamamilə aradan qaldırmaq lazımdır”.

# 3168
avatar

Arzu Qurbanlı

Oxşar yazılar