“Cəfəri, püstə və ispanaq göz sağlamlığı üçün faydalıdır”.
Lent.az xəbər verir ki, bu sözləri həkim və diyetoloq İrina Kalinina deyib.
Həkimin sözlərinə görə, tərkibində lutein, zeaksantin və mezo-zeaksantin karotenoidləri olan qidalar göz xəstəliklərinin və yaşla bağlı dəyişikliklərin qarşısını almağa kömək edir. Lutein və zeaksantin isə ən çox ispanaq və cəfəri kimi göyərtilərin tərkibindədir.
Diyetoloq göz sağlamlığı üçün faydalı olan bir neçə başqa məhsulları da sadalayıb:
“Bolqar bibəri, yaşıl noxud, püstə, kahı və balqabaq, kök göz sağlamlığına xeyirli olan qidalar arasındadır. Sardina və qızılbalıq ətində mezo-zeaksantin çatışmazlığını aradan qaldıran vitaminlər var ki, bunlar da görmənin yaxşılaşması üçün əlverişli məhsullardır. Həmçinin, meyvə qurularə(əsasən də ərik), bal və yumuta tərkibində göz reseptorları üçün faydalı olan karotenoidlərlə zəngindir”.
İrina Kalinina qidalarla yanaşı, qış və yay fərq etmədən günəş eynəklərindən istifadənin vacibliyini də qeyd edib.