Bu ölkədə peyvənddən 2 nəfər öldü
06 iyun 2021 17:24 (UTC +04:00)

Bu ölkədə peyvənddən 2 nəfər öldü

Estoniyada koronavirus əleyhinə peyvəndləmədən sonra yalnız iki ölüm qeydə alınıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu ölkənin Dərmanlar Departamentinin Təhlükəsizliyə Nəzarət Bürosunun rəhbəri Maya Uusküla söyləyib.

Məlumata görə, peyvənd qan laxtalanmasına səbəb olub və nəticədə 31 yaşlı bir xilasedici ölüb, ikinci vəziyyətdə yaşlı bir qadın peyvənd nəticəsində huşunu itirib, yıxılıb və ölümcül yaralanıb.

COVID-19-a qarşı peyvəndləmə Estoniyada 2020-ci il dekabrın sonunda başlayıb. İndiyə qədər ölkə əhalisinin 36,9 faizinə peyvəndin birinci dozası vurulub. 

Aprel ayında Estoniya səlahiyyətliləri, Rusiya istehsalı olan Sputnik V dərmanı ilə peyvəndlənən vətəndaşlara peyvənd pasportu verməkdən imtina ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2589
avatar

Oxşar yazılar