Baş ağrılarının  bilinməyən   səbəbləri - TERAPEVT DANIŞDI
17 aprel 2024 17:28 (UTC +04:00)

Baş ağrılarının bilinməyən səbəbləri - TERAPEVT DANIŞDI

Terapevt Andrey Ryabkov baş ağrısının gözlənilməz səbəblərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, çox yuxu və ya əzələ gərginliyi səbəbindən başınız ağrıya bilər.

Onun sözlərinə görə, baş ağrıları düzgün olmayan yuxu rejimi, həmçinin hormonal dəyişikliklər səbəbindən baş verə bilər:

“Baş ağrıları gözlənilməz səbəblərdən yarana bilər. Məsələn, kompüterdə uzun müddət işləmək pis təsir edə bilər. Uzun müddət kompüter qarşısında oturmaq boyun və arxa əzələlərində gərginliyə səbəb ola bilər. 

Telefonlardan istifadə edərkən gözlər çox gərginləşir, bu da miqrenlərə səbəb olur. Qadınlarda baş ağrıları hormonal dəyişikliklər səbəbindən, məsələn, menstruasiya zamanı baş verə bilər. Yuxu ilə bağlı problemlər də baş ağrılarına səbəb olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3666
avatar

Arzu Qurbanlı

Oxşar yazılar