Abşeronda üçəmlər dünyaya gəlib.
Lent.az xəbər verir ki, rayon sakini olan 44 yaşlı qadın hamiləliyin 31-32 həftəliyində Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəzinə daxil olub. Qadın 13 il sonsuzluq yaşayıb və erkən doğuş qorxusu yaranıb.
Qadın 33-34-cü həftəsində cərrhai yolla 2 qız və 1 oğlan dünyaya gətirib. Körpələrin çəkisi 1300, 1700, 1900 qram olub.