Ağız qoxusu ürək xəstəliyi RİSKİNİ ARTIRIR
16 fevral 2023 13:17 (UTC +04:00)

Ağız qoxusu ürək xəstəliyi RİSKİNİ ARTIRIR

İsveçrə alimləri müəyyən bakteriyanın yaratdığı ağız qoxusunun ürək xəstəliyi riskini artıra biləcəyini müəyyən edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni araşdırmada elm adamları 3459 nəfərin sağlamlıq və qan nümunələrinin daxil olduğu genetik məlumatı təhlil ediblər.

İştirakçıların təxminən 6 faizi 12 illik təqib dövründə infarkt və ya həyati təhlükəsi olan digər ürək-damar xəstəlikləri ilə üzləşib. Subyektlərin qanında 15 virus, 6 bakteriya və bir parazitə qarşı anticisimlər yoxlanılıb.

Alimlər müəyyən ediblər ki, keçmiş və ya indiki bakterial infeksiyanın əlaməti olan "Fusobacterium nucleatum"a qarşı anticisimlər ürək-damar hadisələri riskinin bir qədər artması ilə əlaqələndirilir. "Fusobacterium nucleatum" ilə yoluxduqda diş ətinin iltihabına və ağız qoxusuna səbəb olur. Müəlliflər bu təsiri həm ağızda, həm də damarların divarlarında kolonizasiya edə bilən bakteriya ilə yoluxma nəticəsində sistemli iltihabın artması ilə izah edirlər.

Əgər bu gələcək tədqiqatlarda təsdiqlənərsə, elm adamları xüsusilə ürək-damar xəstəlikləri üçün risk altında olan bir qrup fərdləri müəyyən etmək üçün yeni yanaşmalar inkişaf etdirə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2001
avatar

Fidan İlqar

Oxşar yazılar