60 günə  cavanlaşmaq üçün   nə edilməlidir?
07 iyun 2023 18:06 (UTC +04:00)

60 günə cavanlaşmaq üçün nə edilməlidir?

Amerikalı alimlər orqanizmi 60 günə cavanlaşdıran pəhriz növlərini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu pəhrizlər aclığı simulyasiya edən prinsiplərə əsaslanır. Bu pəhriz yeməklərin vaxtına nəzarət etmək və yeməklərin miqdarını azaltmaqdan ibarətdir. Ancaq əsas odur ki, yeməkdən imtina edilir və qida çatışmazlığı demək deyil.

Mütəxəssislər tərkibi yüksək şəkər və doymuş yağ olan qidalardan uzaq durmağı tövsiyə edirlər. Eyni zamanda tərəvəz, meyvə və protein məhsullarının istehlakını artırmaq lazımdır. Bu pəhriz sayəsində bədən daxili yağ ehtiyatlarından istifadə etməyə başlayır ki, bu da kilo verməyə və ümumi sağlamlığın yaxşılaşmasına səbəb olur. 

Mütəxəssislərin fikrincə, enerji səviyyələrini artırır, həzmi yaxşılaşdırır, ürək-damar xəstəlikləri riskini azaldır və hətta xərçənglə profilaktik mübarizədə kömək edə bilər. 

# 1431
avatar

Arzu Qurbanlı

Oxşar yazılar