Ürək-damar xəstəlikləri riskini azaldan PƏHRİZ
03 dekabr 2022 13:42 (UTC +04:00)

Ürək-damar xəstəlikləri riskini azaldan PƏHRİZ

İsrailli alimlər ürək-damar xəstəlikləri riskini azaldan pəhrizi açıqlayıblar.

Lent.az xəbər verir ki, bu barədə "American Journal of Cardiology" jurnalı məlumat yayıb. Bildirilir ki, aparılan geniş tədqiqatın nəticələri məlum olub.

Belə ki, pəhrizdə ən çox meyvə və tərəvəz, dənli bitkilər, zülal məhsulları, qoz-fındıq və az yağlı süd məhsullarına üstünlük verilib. Qeyd olunub ki, bu pəhriz ürək-damar xəstəliyinin inkişaf riskini ümumilikdə təxminən on faiz azaldır.

Bildirilir ki, pasientlər qarğıdalı və günəbaxan yağlarından daha çox zeytun yağına üstünlük versələr, pəhriz daha effektli alınar. 

# 1797
avatar

Nigar Namiq

Oxşar yazılar