İlham Əliyev Ərdoğanı təbrik etdi
25 fevral 2021 09:49 (UTC +04:00)

İlham Əliyev Ərdoğanı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Lent.az-ın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

 

Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Bu gün Türkiyə Respublikası əhəmiyyətli sosial-iqtisadi və elmi tərəqqi, hərtərəfli inkişaf yolu keçərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Heç şübhəsiz ki, qazanılmış bütün bu uğurlar bilavasitə Sizin böyük dövlət xadimi kimi gərgin fəaliyyətinizin nəticəsidir.

Fəxr hissi ilə qeyd edə bilərik ki, qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək səviyyəsindədir.

Dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında şəxsən Sizin misilsiz rolunuz var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin və strateji müttəfiqliyimizin daha da möhkəmləndirilməsi yolunda qətiyyətiniz, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyiniz xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

İnanıram ki, bütün sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizin tərəqqisinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə ali dövlətçilik fəaliyyətinizdə uğurlar diləyirəm”.

# 5595
avatar

Oxşar yazılar

Mehriban Əliyeva Şəkidən paylaşım edib

Mehriban Əliyeva Şəkidən paylaşım edib

2 dekabr 2022 , 18:42
İlham Əliyev və Mehriban Əliyeva Şəki rayonuna gediblər

İlham Əliyev və Mehriban Əliyeva Şəki rayonuna gediblər

2 dekabr 2022 , 13:34
Artıq bu şəxslərə dosent və professor adı verilməyəcək - FƏRMAN

Artıq bu şəxslərə dosent və professor adı verilməyəcək - FƏRMAN

26 noyabr 2022 , 17:37
Prezidentdən İsraildəki səfirliklə bağlı SƏRƏNCAM

Prezidentdən İsraildəki səfirliklə bağlı SƏRƏNCAM

26 noyabr 2022 , 16:18
Prezidentin oğlu Heydər Əliyev ailə həyatı qurdu - FOTO

Prezidentin oğlu Heydər Əliyev ailə həyatı qurdu - FOTO

26 noyabr 2022 , 13:31
Prezidentdən Madər Musayevlə bağlı  SƏRƏNCAM

Prezidentdən Madər Musayevlə bağlı SƏRƏNCAM

25 noyabr 2022 , 15:25
İlham Əliyev özünə yeni köməkçi təyin etdi

İlham Əliyev özünə yeni köməkçi təyin etdi

24 noyabr 2022 , 17:50
İlham Əliyev Serbiyaya gedib

İlham Əliyev Serbiyaya gedib

23 noyabr 2022 , 13:28