Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib.
Lent.az xəbər verir ki, Sarayevo şəhərinin Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşarats və digər rəsmi şəxslər qarşıladılar.